Avtopublika
Bulvarda tramvay olacaq
Böyük Bakının Regional İnkişaf Planı" layihəsində 92,3 kilometr
uzunluğunda metro xəttinin çəkiləcəyi nəzərdə tutulur. Mövcud metro
xətlərinin uzunluğu isə 34,7 kilometr təşkil edir. Bu, onu göstərir
ki, layihə müəllifləri və şəhərsalma üzrə mütəxəssislər metronun
inkişafına daha böyük üstünlük verirlər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir
Qocayev AzərTAc-a müsahibəsində metronun şəhər nəqliyyatında çox
mühüm rol oynadığını bildirib. C.Qocayev deyib ki, metro digər
nəqliyyat növləri, o cümlədən elektrik qatarı ilə müqayisədə əlavə
ərazi tələb etmir. Yəni, heç bir tarixi abidə və tikili sökülmədən
yerin altı ilə yol çəkilir. Məhz bu baxımdan metro tikintisinə
layihədə xüsusi önəm verilir. Elektrik qatarı üçün isə müvafiq yol
çəkilməlidir. Bununla belə, ən səmərəli yerüstü nəqliyyat elektrik
qatarı hesab olunur. Şəhər ətrafında nəqliyyatın bu növü geniş
tətbiq edilir.
Şöbə müdiri qeyd edib ki, gələcəkdə paytaxtda, Dənizkənarı Bulvar
ərazisində ekoloji cəhətdən təmiz olan tramvaydan da istifadə
ediləcəyi istisna deyil. Dünyada getdikcə tükənən neft ehtiyatları
mütəxəssisləri daha çox alternativ enerjidən istifadə etməyə sövq
edir. Azərbaycanda isə alternativ enerji mənbələri kifayət
qədərdir.
Təbii ki, nəqliyyatda da bu enerjidən istifadə olunacağı gün uzaqda
deyil.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...