Bakıda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Bizi izləyin

Avtopublika

Bakıda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bakı dairəvi avtomobil yolunun 0-5-ci km-də (Bakı Beynəlxalq Avtovağzalından Lökbatan istiqamətinə) təmir işlərinə başlanılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmir işləri ərzində yolun həmin hissəsində avtomobil nəqliyyatı vasitələrinin hərəkəti mərhələli şəkildə qismən məhdudlaşdırılacaq.

ASC-dən bildiriblər ki, hazırda yolun 4-5-ci km-də təmir işləri gedir və həmin hissədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm