Ərəb şeyxinin qızıldan “Lamborghini Aventador”u - FOTOLAR
Bizi izləyin

Avtopublika

Ərəb şeyxinin qızıldan “Lamborghini Aventador”u - FOTOLAR

Ərəblər avropalıları heyrətləndirməkdə davam edirlər.

Elə bugünlərdə Parisin Monten Avenyu küçəsindəki "Plaza Athenee" otelinin qarşısında hansısa ərəb şeyxi öz idman avtomobilini park edib. Elə bilməyin ki, fransızlar bahalı "Lamborghini Aventador"u heç görməyiblər. Avropalı varlılar da bu avtomobili sevir.

Məsələ ondadır ki, ərəb şeyxinin "Lamborghini Aventador"u başdan-başa qızıl suyuna çəkilib. Şeyx maşınına nə qədər pul xərcləyib, bilən yoxdur. Hər halda, az məbləğ deyil.

Otelin qarşısına isə maşına baxmaq üçün xeyli adam toplanıb. Axı 6,5 milyon dollar dəyərində olan avtomobili görmək hər gün müyəssər olmur.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm