“Volksvagen Passat”ın hibrid versiyası - FOTO
Bizi izləyin

Avtopublika

“Volksvagen Passat”ın hibrid versiyası - FOTO

Parisdə rəsmi olaraq təqdim ediləcək "Volksvagen Passat"ın hibrid versiyası avtomobil həvəskarlarının diqqət mərkəzindədir.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, yeni model yüksək sürət dinamikası, yanacağa qənaət və kifayət qədər uzaq məsafə qətetmə xüsusiyyətlərini özündə cəmləşdirib.

"Volksvagen Passat GTE"nin güc qurğusuna 156 at gücünə sahib 1,4-litrlik benzin və 114 a.g. hasil edən elektrik mühərriki daxil edilib. Ümumi at gücü 218-ə bərabər olan 6-pilləli sürət qutusuna malik model 100 km/saat sürəti 8 saniyəyə qət edir.

Orta vəziyyətdə 100 km məsafəyə 2 litr yanacaq sərf edən avtomobil 1000 km məsafəni 50 litrlə qət etmək gücünə malikdir.

Avtomobilin gələn ilin ortalarında satışa çıxarılacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm