Qızıl avtomobil istehsal olundu - FOTO
Bizi izləyin

Avtopublika

Qızıl avtomobil istehsal olundu - FOTO

Lamborghini dünyanın ən bahalı avtomobilini istehsal edib. Publika.az-ın məlumatına görə, 22 karat som qızıldan hazırlanan, platinium və almaz daşlarla bəzədilən avtomobil, dünyanın ən bahalı avtomobili olacaqdır.

7.8 milyon dollar dəyərində olacaq Lamborghiniyə sahib olmaq üçün artıq milyarderlər sifariş üçün növbəyə durublar.

İstehsalçılara görə avtomobil dünyanın ən bahalı və dəyərli avtomobili olaraq Guinness Rekordlar Kitabına girəcək. Qızıl Lamborghini, texniki xarakteristikası və güclü motoruyla da diqqətləri üzərinə çəkə bilib. Dubayda olan sərgidə nümayiş etdirilən Lamborghini, daha sonra Abu Dabi və digər körfəz yanı ölkələrində də nümayişə çıxarılacaq. Üzərində sərvət yatan avtomobil 25 kilo som qızıldan hazırlanacaq avtomobilin üzərindəki daş qaşların dəyəri 2.6 milyon dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm