F1-in marşrutu müəyyənləşdi
Bizi izləyin

Avtopublika

F1-in marşrutu müəyyənləşdi

2016-cı ildə Azərbaycanda ilk dəfə keçiriləcəck Formula-1 (F1) üzrə Avropa Qran-pri yarışlarının marşrutu müəyyənləşib.

Publika.az xəbər verir ki, bu barədə oktyabrın 7-də "Fairmont Baku" mehmanxanasında keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Qeyd edib ki, turnirin keçirilməsi üçün yeni infrastruktur inşa olunmayacaq. Yarış Bakının mərkəzində keçiriləcək və paytaxtımızın gözəlliyi bütün dünyaya nümayiş olunacaq. Qran-pri yarışlarında birinci Avropa Oyunları üçün yaradılan infrastrukturdan istifadə ediləcək və Azadlıq meydanında müvəqqəti qurğular hazırlanacaq.

"Formula-1 Group"un baş icraçı direktoru Berni Ekklestoun Bakıda olmasından məmnunluğunu ifadə edərək Avropa Qran-pri yarışlarının ölkəmizdə təşkilini yüksək qiymətləndirib. Qeyd edib ki, Bakı Şərq və Qərb mədəniyyətini özündə cəmləşdirən unikal şəhərdir. F1 yarışlarında şəhərin gözəlliyi, tarixi və coğrafiyası mühüm amil hesab olunur. "Biz də Bakının tarixini və gözəlliyini bütün dünyadakı F1 azarkeşlərinə nümayiş etdirmək qərarına gəldik. Ümid edirəm ki, yarış yüksək səviyyədə təşkil olunacaq və yerli azarkeşlər bundan böyük zövq alacaqlar" - deyə Berni Ekklestoun bildirib .

"Tilke" mühəndislik şirkətinin baş icraçı direktoru Herman Tilke Bakının F1 yarışları üçün əlverişli şəhər olduğunu və burada ən sürətli yarışın təşkil olunmasının mümkünlüyünü qeyd edib. Bildirib ki, Avropa Qran-pri yarışlarında marşrutun uzunluğu 6 min 6 metr və 8 sağ, 12 sol döngədən ibarətdir. Turnirdə orta sürət 210, maksimum sürət isə 340 kilometr/saatdır. Bu da ən sürətli yarışlar kateqoriyasına daxildir. Yarışın start və finişi Hökumət evinin qarşısında olacaq. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaradacaq. Yarışları 25 mindən artıq tamaşaçı izləyə biləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm