• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

100 min avronun sahibi məlum oldu -FOTO

100 min avronun sahibi məlum oldu -FOTO

Bu gün "Baku World Challenge" avtomobil yarışlarının final mərhələsinə start verilib.

Publiak.az-ın məlumatına görə, yarışda 15 beynəlxalq komanda 30 avtomobillə mübarizə aparır.

Avtoralli Xəzər dənizi boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçirilir.

Pilotlar yarışda "BMW Z4", "Audi R8LMS Ultra", "Mercedes SLS AMG GT3", "McLaren MP4-12C", "Lamborghini LFII", "Porsche 997 GT3", "Aston Martin Vantage GT3" və "Corvette Z06 G" avtomobillərini idarə edirlər.

Qalib komanda 100 min avro qazanacaq. İkinci yerin sahibi 50 min, üçüncü pillədə qərarlaşan komandaya isə 25 min avro pul mükafatı təqdim olunacaq.

Artıq 100 min avronun sahibi məlum olub. Yarışda Belgian Audi Club Team WRT komandası qələbə qazanıb, ikinci yeri Beechdean AMR, üçüncü yeri isə - Phoenix Racing komandası tutub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR