Fiat "Ferrari"ni yenidən qurmağı planlaşdırır
Bizi izləyin

Avtopublika

Fiat "Ferrari"ni yenidən qurmağı planlaşdırır

ABŞ şirkəti "Chrysler" ilə birləşən İtalyanın ən böyük avtomobil istehsalçısı Fiat, "Ferrari" şirkətini yenidən qurmağı planlaşdırır.

Publika.az xəbər verir ki, 48 milyard avroluq strateji plan daxilində lüks avtomobil markası "Ferrari"nin səhmləri gələn il geniş kütləyə təklif olunacaq.

Bundan sonra şirkətin səhmləri birjada alınıb - satılacaq. "Ferrari"nin səhmlərinin 10%-nin ilkin kütləvi satışa çıxardılacağının açıqlanmasının ardından Fiat Chryslerin səhmləri 18% artaraq son altı ayın ən yüksək səviyyəsinə çatıb. 11.4 milyard Avro borcu olan Fiat Chrysler bu addımla borclarını bağlamağı hədəfləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm