Dünyanın ilk mərmər "Ferrari"si - FOTOLAR
Bizi izləyin

Avtopublika

Dünyanın ilk mərmər "Ferrari"si - FOTOLAR

Britaniyadakı "Lapicida" şirkəti dünyanın ilk mərmər "Ferrari"-sini hazırlayıb

Britaniyadakı "Lapicida" şirkəti dünyanın ilk mərmər "Ferrari"-sini hazırlayıb.

Şirkətin rəhbəri Ceyson Çerinqtonun dediyinə görə, model Londondakı satış-sərgi salonunda nümayiş olunacaq.

Şirkət 1962-1964-cü illər arasında istehsal edilmiş Ferrari 250 GTO-dur. Belə maşınlardan cəmi 36 ədəd buraxılmışdı.

3 litr həcmli, 12 silindrli bu model 279 km/saat sürətə malikdir. Yorkşirdə yerləşən "Lapicida" şirkətinin bossu C.Çerinqton bildirib ki, mərmərdən hazırlanmış Ferrari 250 GTO adi Ford Fiesta-dan 3 dəfə baha, real modeldən isə 4 dəfə ucuzdur.

Mərmər model 3D skanlaşdırma və 3DMax proqramı vasitəsilə layihələndiriləndən sonra kəsilib.

Real Ferrari 350 GTO modeli 45 milyon dollardır.

İtaliyadakı "Arabescato" mərmərindən kəsilmiş 1,2 metrlik "Ferrari"-nin hazırlanması 100 saat çəkib./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm