Dünyanın ən sürətli avtobusu: saatda 600 km - VİDEO
Bizi izləyin

Avtopublika

Dünyanın ən sürətli avtobusu: saatda 600 km - VİDEO

Dünyanın ən sürətli avtobusu ilə səyahətə çıxmaq istərdinizmi? Bunu iki dəfə düşünməkdə fayda var. Kanadanın Ontario şəhərində yaşayan Pol Stender dünyanın ən qəribə nəqliyyat vasitələrindən birini yaradıb. Məktəb avtobusuna qırıcı təyyarə mühərriki qoşan Pol, dünyanın ən sürətli avtobusunu ərsəyə gətirib.

ATVxəbər.az bildirir ki, bu avtobus nəinki sürət avtombillərini, hətta təyyarə və helkopterləri də geridə qoyur. Quruda hərəkət etsə də, saatda nə az, nə çox 600 km sürət yığan avtobusun içində dayanmaq, ətrafda durub seyr etmək də cəsarət tələb edir. Avtobusun yaratdığı külək sanki arxasınca qasırğa gətirir.

Üzərinə məktəb vaxtı yazılmış dünyanın ən sürətli avtobusu nə qədər ağılasığmaz olsa da, 42 min at gücündədir. Təsadüfi deyil ki, bu qədər gücü bir arada toplamaq üçün nəqliyyat vasitəsinin mühərrikinin buraxdığı alovun uzunluğu hərdən 30 metrə çatır. Müqayisə üçün desək ki, bu avtobusla qonşu Rusiyaya və ya İrana 2 saata baş çəkib qayıda bilərik. Amma buna qanunlar da imkan vermir. Dünyanın nəqliyyat sistemi hələ ki ən sürətli avtobusa yaşıl işıq yandırmağa gücü çatmır.

Digər tərəfdən bu avtobusa sahib olmaq istəyən şəxsin gərək heç olmasa 1-2 neft quyusu da olsun. Çünki dünyanın ən sürətli avtobusunda bir dəfə gəzintiyə çıxmaq 700 litr benzin aparır. İstənilən halda Pol Stender üçün şərt bu avtobusu hər dəqiqə küçəyə çıxartmaq deyil. O dünyada analoqu olmayan bir avtobus yaratmağa çalışıb və bunu bacarıb. Texnologiyanın inkişafı belə sürətdə bu avtobusdan dala qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm