Çin sürücüyə ehtiyac olmayan avtomobil buraxdı
Bizi izləyin

Avtopublika

Çin sürücüyə ehtiyac olmayan avtomobil buraxdı

Çinli istehsalçı "Quangzhou Automobile Group" (GAC) şirkəti inkişaf etdirilmiş avtopilot texnologiyasına sahib avtomobil hazırlayıb.

Axar.az xəbər verir ki, "Detroyt" avtomobil sərgisində təqdim olunan model gözlənilməz maraqla qarşılanıb.

"Vitstar" adı verilən və müasir hibrid texnologiyasına malik olan avtomobil sürücüyə ehtiyac olmadan hərəkət etmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, "Mersedes" və "Audi" kimi nəhəng şirkətlərin hələ yenicə tanıtmağa başladığı bu texnologiyadan çinli avtomobil mühəndisləri artıq yararlanıb.

"Toyota", "Honda və "Fiat" kimi şirkətlərlə əməkdaşlıq edən GAC Amerikada təqdimatını keçirdiyi modeli dünya bazarına çıxarmağı planlaşdırdığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm