• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu avtomobili 3 pilot idarə edəcək - FOTO

Bu avtomobili 3 pilot idarə edəcək - FOTO

"Volksvagen" ralli üzrə dünya çempionatında iştirak edəcək yeni avtomobilini təqdim edib.

Axar.az xəbər verir ki, bu dəfə "Xalq avtomobili" adını Volfsburqda göstərilən "Polo R VRC" modeli daşıyacaq. Model hidravlik sürət qutusu ilə sükanaltı keçid ötürücülərinə sahibdir.

Yeniliklərin bununla məhdudlaşmadığını bildirən "Volksvagen" mühəndisləri daha etibarlı şassiyə nail olmaq üçün konstruksiyanı təkmilləşdirib. Ən qəribəsi isə budur ki, yeni avtomobil eyni zamanda 3 pilot tərəfindən idarə olunacaq. Avtomobili pilot Sebastyan Ojye, Yari-Matti Latvala və Andreas Mikkelsendir idarə edəcək.

Qeyd edək ki, ralli yarışları 22-25 yanvar tarixləri arasında Monte-Karloda keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR