• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Porşe” 15 min avtomobilini geri çağırır – Səbəb

“Porşe” 15 min avtomobilini geri çağırır – Səbəb

Məşhur alman avtomobil şirkəti "Porşe" Çindəki 14 min 571 avtomobilini geri çağırıb.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin Keyfiyyətə Nəzarət İdarəsi "Porşe" şirkətinin geri çağırdığı avtomobillər arasında 2009-cu ilin aprel və 2011-ci ilin sentyabr aylarında istehsal edilən "Panamera" modellərinin yer aldığını bildirib. Bundan əlavə 2010 və 2011-ci illərdə istehsal edilən "Cayenne" modellərinin də geri çağırılan avtomobillər arasında olduğu açıqlanıb. Şirkət avtomobillərin geri çağırılmasına səbəb olaraq elektrik sistemindəki naqillərin təhlükə yarada biləcəyini göstərib.

Qeyd edək ki, aprelin 20-də başlayacaq geri çağırma proseduru çərçivəsində avtomobildəki problemli hissələr şirkət tərəfindən təmənnasız olaraq dəyişdiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR