Məşhurların 100 minlik maşınları - FOTO
Bizi izləyin

Avtopublika

Məşhurların 100 minlik maşınları - FOTO

"Ferrari", "Tesla Model S" və yüksək sürətli "McLaren". Bunlar Hollivud ulduzları, məşhur müğənnilər və futbolçuların gəzdiyi avtomobillərdir. Dünya ulduzları tez-tez onları dəyişdirirlər və qəzalarda sındırırlar. Məşhurların hansı avtomobillərə meyl saldığını sizə təqdim edirik.

Basketbol ulduzu Dennis Rodman yaxın vaxtlarda 1996-cı ildə istehsal olunan "Hummer H1" avtomobilini 55.000 dollara satışa qoyub.

Aktyor Ceyson Steytem yaxın vaxtlarda "Ferrari F12" Berlinetta avtomobilini əldə edib.

Britni Spirs ağ rəngli "Mercedes-Benz G-Wagon" sürür.

Məşhur avtopilot Lyuis Hamilton yaxın vaxtlarda öz avtoparkını "McLaren P1" avtomobili ilə zənginləşdirib.

"Amerika piroqu" filminin ulduzu Elison Hanniqan "Tesla Model S" elektrik avtomobilinə malikdir. Bekhem cütlüyü "Range Rover" maşınında gəzməyi sevir.

Müğənni Qven Stefani yaxın vaxtlarda öz "Range Rover"ini yenisi ilə dəyişib. Dünya futbol ulduzlarından biri Kriştianu Ronaldu öz kolleksiyasını "Rolls Royce Ghost" avtomobilini əlavə edib.

Lenni Kraviçin avtoparkında "Porsche Panamera" var.

Kino-aktrisa Dryu Berrimor bu günlərdə Los-Ancelesdə "Mercedes-Benz E350"-nin sükanı arxasında görünüb.

Oskarlı Hollivud aktrisası Sandra Bullok "Mercedes-Benz GL550" sürür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm