“Mersedes”in yeni modeli – VİDEO/FOTO
Bizi izləyin

Avtopublika

“Mersedes”in yeni modeli – VİDEO/FOTO

Dünyanın ən böyük avtomobil istehsalçılarından olan "Mersedes Benz" konserni yeni "Concept GLC Coupe" modelini təqdim edib.

Axar.az xəbər verir ki, ən son texnologiya ilə təchiz olunan bu avtomobil həm də komfortu ilə sələflərini geridə qoyacaq.

Avtomobilin texniki göstəriciləri də göz oxşayandır. 4,73 metr uzunluğu, 2,83 metr eni və 1,60 metr hündürlüyü olan GLC kupe 21 düyümlük təkərlərə sahibdir.

İdman üslubunda işlənmiş yeni GLC 6 silindrli, doqquz pilləli avtomatik transmissiya və 367 at gücünə malikdir.

Bildirək ki, mütəxəssislər yeni modeli qalmaqallı hesab edir. Çünki "Concept GLC Coupe" digər alman şirkəti BMV-nin X6 modelinin əkiz qardaşı hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm