İngilis diş həkimi avtomobil kolleksiyasını satışa çıxardı – VİDEO/FOTOLAR
Bizi izləyin

Avtopublika

İngilis diş həkimi avtomobil kolleksiyasını satışa çıxardı – VİDEO/FOTOLAR

İyirmi beş ildir qazandığı pulları avtomobillərə yatıran ingilis diş həkimi Ceyms Hull avtomobil kolleksiyasını satmaq qərarına gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kolleksiyada 467 klassik və 300 miniatür avtomobil var.

Qurduğu bir şirkət vasitəsilə dişlərin örtülməsi və ağardılması kimi xidmətləri verən Hull qısa müddət ərzində xeyli klinika açıb. O, klinikalardan əldə etdiyi gəlirlə ölkənin zənginləri arasına daxil olmağı bacarıb. Hull qazandığı pulun xeyli hissəsini isə avtomobil kolleksiyası üçün sərf edib.

Ceyms Hull avtomobil kolleksiyasını 100 milyon sterlinqə satışa çıxarıb. O, kolleksiyanı topdan satın alacaq bir müştəri çıxana qədər gözləyəcəyini bildirib. Həkimin avtomobil kolleksiyasında məşhur müğənni Elton Conun istifadə etdiyi bir "Bentley" və 4 milyon dollar dəyərində "Yaquar Type-D" var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm