Sərxoş sürücünü qəbul etməyən avtomobil
Bizi izləyin

Avtopublika

Sərxoş sürücünü qəbul etməyən avtomobil

ABŞ-da düşünülmüş və avtomobillərin sükanı arxasına yerləşdirilmiş yeni elektron sistem toxunuş və nəfəs qəbulediciləri ilə sürücünün spirtli içki qəbul etdiyini təsdiqləyərsə avtomobil kilidlənir və maşını idarə etmək mümkün olmur.

Publika.az xəbər verir ki, Amerika mütəxəssislərinin hazırladıqları bu elektron sistem avtomobil qəzalarına son qoyacaq. Sürücülər içkili olduqda sistem işə düşəcək. Əvvəlcə avtomobili işə salmaq üçün sükan arxasına yerləşdirilmiş elektron sistemlə spirtli içki testindən keçmək lazımdır. Nəfəs sensoru qandakı alkoqolu ölçür və sürücü spirtli içki qəbul etmiş olarsa, maşın hərəkət etmir.

2008-ci ildə başlayan layihənin yaxın beş ildə istifadəyə verilməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm