• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Bürünc mükafatçı: “Kumirim bacımdır, çünki o...”

Bürünc mükafatçı: “Kumirim bacımdır, çünki o...”

“Yarışlarda böyük azarkeş kütləsi gördüm”.

Bunu Avropa Oyunlarında boks yarışlarında 54 kq-da bürünc medal qazanmış Anna Əlimərdanova deyib. Xanım boksçumuz Avropa Oyunları və öz çıxışı barədə təəssüratlarını bu dəfə Publika.az-la bölüşüb: “İlk Avropa Oyunları çox gözəl təşkil olunmuşdu. Oyunlar haqda təəssüratım çox gözəldir. Çox gözəl təşkil olunmuşdu. Həmçinin yarışlarda böyük azarkeş kütləsi gördüm, idmançılara güclü dəstək var idi.

Öz görüşlərim barədə də deyə bilərəm ki, çətin döyüşlər keçdi. Etiraf edim ki, yarışlarda hiyləgər fəndlərdən də istifadə etmək lazım idi. Mən də qalib gəlmək üçün bundan istifadə etdim. Ümumilikdə isə əldə etdiyim nəticə məni qane etdi, razıyam.

Həmişə demişəm, yenə təkrar edirəm, mənim kumirim bacım Yana Alekseyevnadır. Çünki bacım mənim ən yaxın köməkçim və dəstəkçimdir. Məşqçimə də təşəkkür edirəm, çünki onun oyunlara hazırlığımda böyük əməyi var”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR