Bakı 2015: 6 metro stansiyasından idman obyektlərinə ekspress avtobuslar işləyəcək
Bizi izləyin

Bakı 2015

Bakı 2015: 6 metro stansiyasından idman obyektlərinə ekspress avtobuslar işləyəcək

I Avropa Oyunları zamanı Bakı Metropoliteninin 6 stansiyasından idman obyektlərinə ekspress avtobuslar işləyəcək.

Publika.az xəbər verir ki, bu barədə "Bakı 2015" I Avropa Oyunlarının inteqrasiya qrupunun növbəti iclasında məlumat verilib.

Bildirilib ki, həmin stansiyalar "Koroğlu", "Gənclik", "28 may", "Nizami", "Elmlər Akademiyası" və "20 Yanvar"dır.

Qeyd edək ki, iclas "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun rəhbərliyi altında keçirilir. Oyunlar 12 - 28 iyunda baş tutacaq. /Report/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm