• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı 2015: Fəvvarələr meydanında idman və incəsənət bir araya gəldi

Bakı 2015: Fəvvarələr meydanında idman və incəsənət bir araya gəldi

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakı-2015 Avropa Oyunlarının açılış mərasiminə 50 gün qalması münasibətilə Fəvvarələr meydanında tədbir təşkil edib.

Publika.az xəbər verir ki, “Bakı-2015” şəhərin mərkəzində idman və incəsənəti bir araya gətirərək I Avropa Oyunlarına 50 gün qalmasını qeyd edib. Tədbirdə BAOƏK-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycan Rəssamlıq Akademiyasının nümayəndəsi Azad Zeynalov, Bakı 2015-in ulduz elçiləri qatılıb.

Saymon Kleq jurnalistlərə açıqlamasında deyib ki, cəmi 50 gün sonra bütün dünya Azərbaycanı seyr edəcək:

“Əslində Oyunlar Azərbaycanı bütün dünyaya təqdim etmək üçün gözəl fürsətdir. I Avropa Oyunları gənc, dinamik ölkəni dünyaya tanıtmaq üçün imkan yaradır. Biz nəinki Azərbaycan, bütün Avropanın idman tarixini yaradırıq. Prezident İlham Əliyevin uzaqgörənliyi, mövqeyi, bu işə bağlılığı olmasaydı, təbii ki, bu işlər mümkünsüz olardı. Uzun müddət ərzində öz qəlbində saxladığı bu xülyanı məhz İlham Əliyevin dəstəyi ilə Avropa Olimpiya Komitələri həyata keçirə bildi".

O, Oyunlarla bağlı nəqliyyat sistemindəki dəyişikliklərlə bağlı da danışıb:

"Paytaxt yollarındakı bütün zolaqlar rənglənəcək. Lakin zolaqların istifadəsi mayın sonundan başlayacaq. Əlimizdən gələni edirik ki, şəhərin gündəlik həyatına, iş rejiminə mümkün qədər az təsir göstərək".

S.Kleq əlavə edib ki, Avropa Oyunlarının yayımı ilə bağlı Böyük Britaniyanın yayım şirkəti ilə razılıq əldə olunub:

"Digər dövlətlərin yayım şirkətləri də bu addımı atacaqlar".

O, hər gün bilet satışı ilə bağlı monitorinq keçirdiyini söyləyib: "Biletlər artıq satışdadır. Hər kəsi bilet alıb Oyunlara birgə baxmağa dəvət edirik".

Ulduz səfir Murad Dadaşov bildirib ki, Azərbaycan idman məmləkəti kimi tanınacaq:

"Azərbaycan azarkeşləri dünyaya möhür vuracaq. Biz fərqli olduğumuzu göstərməliyik".

Başqa bir ulduz səfir Hacı Nuran isə qeyd edib ki, dünyaya birinci olduğumuzu sübut etməliyik:

"Hər kəsi Avropa Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə təbrik edirəm. Artıq bir neçə gün sonra məşəl estafeti başlayır. Hər birimiz oyunlarda aktiv olmalıyıq".

Daha sonar tədbirə dəvət alan xarici rəssamlara fəxri fərman verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR