Avropa Oyunları zamanı xüsusi parklanma QAYDALARI
Bizi izləyin

Bakı 2015

Avropa Oyunları zamanı xüsusi parklanma QAYDALARI

Bakı-2015” Avropa Oyunları zamanı xüsusi parklanma qaydaları açıqlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərovun APA-ya verdiyi xəbərə görə, yarışın keçirildiyi müddətdə idman obyektlərinin ətrafında yaşayan sakinlər üçün xüsusi buraxılış vəsiqələri veriləcək: “Vətəndaşlara verilən buraxılış vəsiqələri yalnız idman tədbirləri keçirilən ərazilərdə yaşayan vətəndaşlara aiddir. Əgər vətəndaş öz nəqliyyat vasitəsi ilə həmin ərazidən keçirsə (dayanmadan), sərbəst hərəkət edə bilər. Həmin ərazilərdə yaşayan sakinlər nəqliyyat vasitələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş qaydada, yəni müvafiq küçə və prospektlərdə ayrılmış park zolaqları boyu saxlaya bilərlər. Burada əsas məqsəd sürücülərin müəyyən olunan qaydalar çərçivəsində park edilməsinə nail olmaqdır. Kim bu qaydalara riayət etməyəcəksə, həmin sürücülərin avtomobilləri evakuatorlar vasitəsilə təxliyyə olunacaq. İcazə olunmayan yerlərdə avtomobilləri park etmək qadağandır. Məsələn, hansı sakinə icazə verilib başqa bir stadionun ətrafında öz maşınını park etsin, o isə başqa bir stadionun ətrafında park edir, bu da qadağandır”.

O deyib ki, sakinlər buraxılış vəsiqələrini müvafiq sənədləri təqdim etməklə yaşadığı ərazi üzrə Mənzil-İstismar Sahələrindən əldə edə bilərlər. “Vəsiqələr may ayının 15-dən sonra veriləcək. Vəsiqələr avtomobillərin alın şüşəsinə yapışdırılacaq. Vəsiqə itdikdə, yararsız hala düşdükdə yenisi ilə əvəz olunmur”.

X. Ələkbərov əlavə edib ki, həmin ərazilərdə yerləşən dövlət qurumları və şirkətlərdə çalışan şəxslərə buraxılış vəsiqələri verilməyəcək: “Əgər həmin qurum və şirkətlərin parkinq ərazisi varsa, ondan istifadə edə bilərlər, əgər yoxdursa, tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə etsinlər”.

Şöbə müdiri deyib ki, Bakıdakı bütün avtomobil yolları əvvəlki qaydada işləyəcək, heç bir küçə və prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmayacaq. Bununla yanaşı, ictimai nəqliyyat əvvəlki rejimdə işləyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm