• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sloveniya 136 nəfərlik heyətlə gəlir

Sloveniya 136 nəfərlik heyətlə gəlir

Sloveniyanın Milli Olimpiya Komitəsi Bakı 2015-də iştirak edəcək 81 güclü idmançıdan ibarət komandanı müəyyənləşdirib.

Publika.az xəbər verir ki, Sloveniyanın 12 üzgüçüsünün adı hələ bəlli olmadığına görə, bu idmançılardan cəmi 69-nun adı açıqlanıb.

Sloveniyalılar Bakı 2015 Avropa Oyunlarına 43 kişi və 38 qadın idmançı göndərəcək. Məlumata görə, sloveniyalı qrup məşqçi və nümayəndə heyəti də daxil olmaqla, 136 üzvdən ibarət olacaq. Komandanın rəhbəri keçmiş gimnast Aljaz Pegandır.

Aşağıda idmançıların idman növləri üzrə bölgüsü verilib:

Kamandan oxatma: Rok Bizjak, Den Habjan, Jaka Komocar, Ana Umer

Badminton: Iztok Utrosa, Primoz Flis, Kaja Stankovic

Basketbol 3x3: Jure Erzen, Uros Troppan, Dario Krejic, Boris Jersin, Ziva Zdolsek, Ursa Zibert, Ana Ljubenovic, Masa Pirsic

Boks: Denis Lazar, Edin Sejdinovic, Aljaz Venko

Avarçəkmə: Jost Zakrajsek, Alan Apollonio, Simon Blazevic, Spela Ponomarenko Janic

Şose velosipedi: Kristijan Koren, Matej Mohoric, Luka Mezgec, Matej Mugerli, Matej Marin, Jan Tratnik, Polona Batagelj, Ursa Pintar

Dağ velosipedi: Gregor Krajnc, Blaza Klemencic, Tina Perse

Bədii gimnastika: Saso Bertoncelj, Sasa Golob

Cüdo: Matjaz Trbovc, Adrijan Gomboc, Andraz Jereb, Rok Dragsic, Jesenko Cetic, Gasper Jerman, Mihael Zgank, David Kukovica, Matjaz Ceraj, Kristina Vrsic, Petra Nareks, Vlora Bedeti, Tina Trstenjak, Nina Milosevic

Karate: Tjasa Ristic

Sambo: Tadej Cutuk

Atıcılıq: Rajmond Debevec, Ziva Dvorsak, Petra Dobravec, Urska Kuharic

Stolüstü tennis: Bojan Tokic, Alex Galic

Taekvondo: Ivan Trajkovic, Jure Pantar, Franka Anic, Nusa Rajher

Triatlon: Domen Dornik, Eva Skaza

Güləş: Daniel Kocar, Jure Kuhar

Bakı 2015 Avropa Oyunlarında yarışacaq 12 üzgüçü aprelin 26-da normalar üzrə final kvalifikasiya görüşlərindən sonra açıqlanacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR