Bakı 2015-ə biletləri "McDonalds" restoranlarından da almaq olar
Bizi izləyin

Bakı 2015

Bakı 2015-ə biletləri "McDonalds" restoranlarından da almaq olar

Bakı 2015, iyunun 12-dən 28-dək keçiriləcək Birinci Avropa Oyunlarına biletləri Bakının müxtəlif nöqtələrində yerləşən seçilmiş McDonalds restoranlarından almağın mümkün olduğunu elan edir.

Publika.az xəbər verir ki, Bakı 2015-in qida təchizatı üzrə rəsmi dəstəkçisi McDonalds, özünün Neftçilər, Əhmədli və Fəvvarələr Meydanındakı mərkəzlərində bilet kassaları yerləşdirməklə, idman azarkeşlərinə Azərbaycan tarixinin ən mötəbər tədbirində iştirak etmək üçün bilet almağa imkan yaradır.

Bilet kassalarının açılışında çıxış edən Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Bilet satışları uğurla davam edir və biz, McDonaldsın göstərdiyi dəstəyin daha çox insana Bakı 2015-in həyacanını yaşamağa imkan yaradacağından məmnunuq.

12 iyun açılış mərasiminə sayılı günlər qaldıqca ölkə boyunca Oyunlara olan marağın artdığının şahidi ola bilərsiniz. Bakı sakinləri Oyunlara böyük dəstək göstərirlər və ötən həftə təşkil etdiyimiz test yarışlarının böyük tamaşaçı kütləsi qarşısında keçməsi bizi sevindirdi”.

Bakı 2015 Avropa Oyunları zamanı şəhərin müxtəlif yerlərindəki arenalarda 20 idman növündə 6000-dən çox idmançı mübarizə aparacaq.

McDonaldsla yanaşı, biletləri www.baku2015.com saytında onlayn üsulla və ya Bakının digər nöqtələrində yerləşən bilet satış məntəqələrindən də almaq mümkündür. Ətraflı məlumat www.baku2015.com saytında, yaxud 2015 - tamaşaçı məlumat mərkəzinə zəng etməklə əldə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm