İsveçrəni Avropa Oyunlarında bu idmançılar təmsil edəcək
Bizi izləyin

Bakı 2015

İsveçrəni Avropa Oyunlarında bu idmançılar təmsil edəcək

İsveçrəni “Bakı-2015” Avropa Oyunlarında təmsil edəcək idmançılar arasında beynəlxalq yarışların qalibi olmuş idmançılar yer alır.

AZƏRTAC xəbər verir ki, 67 kq çəki dərəcəsində Nina Klay taekvondo üzrə qitə çempionu olduğu üçün Avropa Oyunlarında İsveçrənin bu idman növündə qızıl medal qazanmaq şansı yüksək qiymətləndirilir. O, həmçinin 2013-cü ildə keçirilmiş taekvondo üzrə dünya çempionatında bürünc, 2006-cı ildə keçirilmiş Avropa çempionatında isə gümüş medal qazanıb. Bundan başqa, 57 kq çəki dərəcəsində 2008-ci ildə Çində keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş taekvondoçu Manuela Bezzola 2010-cu ildəki Avropa çempionatının bürünc medalçısıdır.

70 kq çəki dərəcəsində cüdo yarışlarında çıxış edəcək Juliane Robra isə Avropa çempionatlarının bürünc medalçısı olduğuna və “London- 2012” Yay Olimpiya Oyunlarında iştirak etdiyinə görə İsveçrənin cüdo yarışlarında medal qazanmağa layiq namizədlərdən biri hesab olunur. Ludovic Çammartin isə keçmiş Olimpiya çempionudur.

İsveçrəni karate yarışlarında 2012-cı və 2013-cü ildə yeniyetmələr arasında Avropa çempionatının qalibi olmuş Elena Quirici təmsil edəcək. Bundan savayı, Raçel Moret stolüstü tennis üzrə üçqat İsveçrə çempionudur. O, dünya çempionatlarında dörd dəfə iştirak edib.

Qeyd edək ki, İsveçrəni birinci Avropa Oyunlarında təmsil edəcək idmançılardan 30-u artıq müəyyənləşib. “Bakı-2015”də isveçrəli idmançılardan 4-ü badminton, 3-ü boks, 4-ü kanoe, kayak və qılıncoynatma, 7-si cüdo, 7-si karate və güləş, 2-si taekvondo, digərləri isə tennis yarışlarında mübarizə aparacaq.

İsveçrə Olimpiya Komitəsi növbəti seçimini mayda keçirəcək. İsveçrəni ilk Avropa Oyunlarında məşqçilər də daxil olmaqla 200 idmançının təmsil edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm