Bakı-2015: Atletlər Kəndində görüş - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Bakı-2015: Atletlər Kəndində görüş - FOTOLAR

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə (BAOƏK) dünyanın ən güclü 3x3 basketbol komandalarından biri olan Serbiya yığması jurnalistlərlə görüş keçirib.

Publika.az xəbər verir ki, görüş Atletlər Kəndində baş tutub.

Serbiyanın 3x3 basketbol komandası öz bacarıqlarını nümayiş etdiriblər.

Bundan əlavə, serb komandası jurnalistlərdən ibarət "3 nəfərlik komanda" ilə də güclərini sınayıblar.

Daha sonra Serbiya komandasının idmançıları - Marko Savic, Dusan Domovic Bulut və Marko Zdero jurnalistlərin suallarını cavablandırıb və Azərbaycan haqda xoş təəssüratlarını bölüşüblər.

Serbiyalı basketbolçular onlara göstərilən diqqət və qayğıya görə Azərbaycana öz təşəkkürlərini bildiriblər.

Aygün

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm