I Avropa Oyunları məşəlinin alovlandırılması dünya mətbuatının diqqət mərkəzində
Bizi izləyin

Bakı 2015

I Avropa Oyunları məşəlinin alovlandırılması dünya mətbuatının diqqət mərkəzində

“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin alovlandırılması dünya mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Rusiyanın bir neçə xəbər portalı bu hadisəyə geniş yer ayırıb. Məqalələrdə qeyd olunur ki, aprelin 26-sı ilk Avropa Oyunları həyəcanının başlanğıc günü kimi tarixə düşüb. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan “Atəşgah”dan başlayıb.

Yazılarda Oyunların məşəlini Azərbaycan Prezidenti İlham Əliyevin alovlandırması, mərasimdə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımi Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirak etdikləri bildirilir. Azərbaycan Prezidenti İlham Əliyevin məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verdiyi qeyd olunub.

Məqalələrdə vurğulanıb ki, birinci Avropa Oyunlarının məşəli Azərbaycanın bütün bölgələrini gəzib dolaşaraq Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000-dən çox məşəlçi cəlb edilib. Ölkənin 15 şəhər və rayonunda Alov festivallarının keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq. Məşəl Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. Hündürlüyü 660 millimetr olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Vurğulanıb ki, “Bakı-2015” ilk Avropa Oyunları iyunun 12-28-də keçiriləcək. Oyunlarda altı mindən artıq atlet idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq.

Məqalələrdə birinci Avropa Oyunları Təşkilat Komitəsinin və “Bakı-2015” Əməliyyat Komitəsinin peşəkar heyətinin Oyunların yüksək səviyyədə keçirilməsi üçün 27 ay ərzində yorulmadan çalışdığı xüsusi qeyd olunub və qısa müddətdə görülən iş yüksək qiymətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm