“Bakı-2015” Londonda təqdim olunacaq
Bizi izləyin

Bakı 2015

“Bakı-2015” Londonda təqdim olunacaq

“Bakı-2015” I Avropa Oyunlarının Londonda təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimovun bu gün bu şəhərə rəsmi səfəri başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Londonun məşhur “The Dorchester Hotel” ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub.

Təqdimat mərasimi çərçivəsində qonaqlara “Bakı-2015” Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş olunacaq.

Eyni zamanda qonaqlara konsert proqramı və Azərbaycan tarixini,mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm