Nazirdən Bakı-2015-lə bağlı ƏMR
Bizi izləyin

Bakı 2015

Nazirdən Bakı-2015-lə bağlı ƏMR

Azərbaycan ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı-2015 1-ci Avropa Oyunlarına həsr olunmuş intellektual oyun keçiriləcək.

Publika.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş intellektual oyun üzrə 2015-ci ildə regional məktəb çempionatının keçirilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, Avropa Oyunlarına həsr olunmuş intellektual oyun üzrə 2015-ci ilin regional məktəb çempionatının ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin və rayon (şəhər) təhsil şöbələrinin müdirləri, nazirliyin bilavasitə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə regional məktəb çempionatını mayın 17-də keçirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm