Bakı 2015
Dünyanın ən yaxşı komandasının üzvü: “Azərbaycana gəldikdə çox təəccübləndik”
I Avropa Oyunlarında dünyanın ən güclü 3x3 basketbol komandalarından biri Serbiya yığmasının üzvü Marko Savic Publika.az-la fikirlərini bölüşüb. O, I Avropa Oyunlarına 2 aydır ki, hazırlaşdıqlarını, özlərini doğrudan da güclü komanda kimi gördüklərini dedi:
“I Avropa Oyunlarına artıq 2 aydır ki hazırlaşırıq. Əlbəttə, deyə bilərəm ki, dünyada ən yaxşı heyətə malikik. Amma bizə dedilər ki, bu mötəbər turnirdə bəzi ölkələrin komandalarında peşəkar idmançılar var. Buna görə də gözləyib görməliyik nə alınır”.
Savic İlk Avropa Oyunlarındakı rəqiblərindən də danışdı:
“Dedilər bu yarışda İspaniya, Sloveniya, Rumıniya, Rusiya kimi güclü komandalar var. Zənnimcə, Azərbaycan komandasıyla da güclü rəqabət olacaq. Təbii ki, burada qələbə qazansaq, bizim üçün yüksək səviyyəli nəticə olacaq. Ümid edirəm, istədiyimizi alarıq”.
Savic Azərbaycanla bağlı təəssüratlarını da bölüşdü:
“Azərbaycana gəlməmişdən əvvəl ölkə ilə bağlı məlumatımız yox idi. Bura gələndə çox təəccübləndik. Təbii ki, müsbət cəhətdən”.
Aygün İlqarqızı
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL