Bakı 2015
Londonda “Bakı-2015”in təqdimatı keçirilib - (FOTO)
Heydər Əliyev Fondu və I Avropa Oyunları Təşkilat
Komitəsinin birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı
səfirliyinin dəstəyi ilə Londonun məşhur “The Dorchester Hotel”ində
birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
AZƏRTAC-ın məlumatına görə, ziyafət şəklində təşkil edilən
mərasimdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri,
Britaniyaya akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri,
deputatlar, London ictimaiyyəti nümayəndələri, bu ölkədə yaşayan
həmvətənlərimiz iştirak ediblər.
Gecədə tədbir haqqında məlumat verilib, “Baku-2015” Avropa
Oyunlarına hazırlıq prosesindən danışılıb. Paytaxt Bakını bir neçə
dəfə ziyarət etdiyini bildirən aparıcı, hazırlıq işlərinin yüksək
səviyyədə olduğunu və birinci Avropa Oyunlarının möhtəşəm idman
tədbiri olacağını diqqətə çatdırıb.
Gənclər və idman naziri Azad Rəhimov “Bakı-2015” ilk Avropa
Oyunlarına hazırlıq prosesindən, görülmüş işlərdən və oyunların ilk
dəfə məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir
bildirib ki, yaxın keçmişdə London beynəlxalq olimpiya oyunlarına
ev sahibliyi edib. Yüksək səviyyəli idman təcrübəsi olan bir
şəhərdə Avropa oyunlarının təqdimatını keçirmək olduqca
qururvericidir.
A.Rəhimov Avropa Oyunlarının ilk məşəlinin alovlandırılması
mərasimi haqqında danışıb. Prezident İlham Əliyevin məşəli
alovlandırması ilə oyunların həyəcanını artıq Azərbaycanın hər
nöqtəsində hiss etməyin mümkün olduğunu qeyd edilib.
Dövlət rəsmisi vurğulayıb ki, idmanı dəstəkləmək və inkişaf
etdirmək Azərbaycanın milli prioritetləri sırasındadır. Avropa
Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda
qazandığı nüfuzun təsdiqidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti
ilə diqqət çəkən bu hadisə həm də, Azərbaycanın idman sahəsində son
illərdə qazandığı uğurlara inamın göstəricisidir. Təsadüfi deyil
ki, Azərbaycan 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi
edib. 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı da
Bakıda keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən
artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz
bu günədək olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə
2000-ə qədər medal qazanıb.
Nazir, Azərbaycan və Britaniya arasındakı tarixi əlaqələr,
Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın
ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması,
mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil
almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata
keçirdiyi işlər barədə də məlumat verib.
Çıxışının sonunda nazir qonaqları möhtəşəm idman tədbirini
izləməyə dəvət edib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Baku-2015”
Avropa oyunlarının təşkilatçılığında əməyi olan hər kəsə
minnətdarlığını bildirib və bu yarışmanın heyrətamiz idman tədbiri
olacağına əminliyini ifadə edib. Qeyd edilib ki, Avropa tarixən
idman qitəsi olub. Qitəmizin gənc nümayəndəsi Azərbaycan, son
illərdəki sürətli inkişafı və bir çox beynəlxalq idman tədbirlərini
yüksək səviyyədə qarşılaması ilə idman ölkəsi olduğunu
təsdiqləyib.
Komitə prezidenti diqqətə çatdırıb ki, iyun ayında keçiriləcək
oyunlarla Avropa qitəsi Azərbaycan ilə qürur duyacaq.
Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coe
gecənin təşkilatçılarına minnətdarlığını ifadə edib. Oyunların
başlamasına çox az bir vaxt qaldığını, hamının həyəcanlı olduğunu
və idman tədbirini səbirsizliklə gözlədiklərini bildirib.
“Baku-2015” Avropa Oyunlarının xüsusilə gənc atletlər üçün böyük
fürsət olduğunu vurğulayıb. Paytaxt Bakının bundan sonrada
beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edəcəyindən
əminliyini ifadə edib.
“Bakı-2015”in baş əməliyyat direktoru Simon Kleqq qeyd edib ki,
Avropa oyunlarının qitənin idman təqvimində xüsusi yer tutacağı
şübhə doğurmur. Avropa cüdo çempionatının da oyunlara əlavə
edilməsi bunun daha bir sübutudur. S. Kleqq vurğulayıb ki, ilk dəfə
keçirilməsinin doğurduğu çətinliklərə baxmayaraq, ilk Avropa
oyunları bundan sonra dörd illik beynəlxalq səviyyəli idman tədbiri
olacaq.
S.Kleqq, həmçinin Azərbaycanın tarixi uğurlarından bəhs edərək,
müsəlman dünyasında qadınlara ilk səsvermə hüququnun məhz
Azərbaycanda reallaşdığını bildirib. Paytaxt Bakının tarixi
memarlıq abidələrindən bəhs edən S.Kleqq, bu gənc ölkənin qısa
zamanda əldə etdiyi uğurların təqdirəlayiq olduğunu
vurğulayıb.
Tədbir çərçivəsində ilk Avropa Oyunları ilə bağlı müxtəlif
videoçarxlar nümayiş etdirilib. Azərbaycanda yaradılmış
çoxfunksiyalı, müasir idman infrastrukturu tədbir iştirakçılarının
böyük marağına səbəb olub.
Gecə fortepianonun müşayiəti ilə azərbaycanlı skripkaçı Nəzrin
Rəşidovanın ifasında konsert proqramı ilə davam edib.
Tədbir çərçivəsində qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Birinci Avropa Oyunlarına aid Azərbaycanın milli mənəvi dəyərlərini əks etdirən suvenir və jurnallardan ibarət hədiyyələr paylanılıb.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO