Bakı-2015: Danimarkalı cütlüyə “yaşıl işıq”
Bizi izləyin

Bakı 2015

Bakı-2015: Danimarkalı cütlüyə “yaşıl işıq”

Danimarkalı Layn Trans Hansen ilə Helle Sondergard çimərlik voleybolu yarışlarında iştirak edəcəklər.

Publika.az xəbər verir ki, ilkin olaraq, Danimarkaya Bakı 2015 Avropa Oyunlarında qadınlar arasında çimərlik voleybolunda iştirak üçün yer ayrılmamışdı. Lakin indi Trans Hansen ilə Sondergard Azərbaycanın paytaxtında Piter Kildeqaard Andersen ilə Kristoffer Abell cütlüyünə qoşulacaqlar.

"Mən qorxurdum ki, Danimarka Bakıda keçiriləcək Avropa Oyunlarında çimərlik voleybolunda başqa məşhur komanda ilə təmsil olunacaq", - deyə Danimarka Voleybol Federasiyasında çimərlik voleybolu elitasının direktoru cənab Lars Meylend bildirib və belə əlavə edib: "Layn ilə Helli Danimarka Çimərlik Voleybolu yarışında, NEVZA turnirlərində və Qitə kubokunda sabit nəticələr göstərmişdilər. Mən onların Avropa Oyunları kimi nəhəng çempionatda oyunlarını səbirsizliklə gözləyirəm."

Trans Hansen ilə Sondergard Danimarka qadın komandasına Qitə kubokunda 2014-2016-cı il üzrə CEV Çimərlik Voleybolunda üçüncü mərhələyə çıxmağa kömək etmişdilər. Onlar Fransanın Monpelye şəhərində keçiriləcək Qitə kubokunun üçüncü mərhələsində komanda yoldaşlarına qoşulacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm