Şərqdə də “Bakı-2015”-ə maraq var
Bizi izləyin

Bakı 2015

Şərqdə də “Bakı-2015”-ə maraq var

Bakıda keçiriləcək İlk Avropa Oyunlarına maraq gündən-günə artmaqdadır. Hər gün hansısa ölkədə təqdimat olur, dünyaca tanınmış nəşrlər “Bakı-2015” haqda geniş məqalələr dərc edir.

Publika.az xəbər verir ki, Şərqdə də Avropa Oyunlarını diqqətdə saxlayırlar. Pakistanın iki populyar nəşri bu mötəbər yarışa xüsusi diqqət ayırıb.

Dünən “Centreline” jurnalında və dnanews.com.pk informasiya agentliyində “İlk Avropa Oyunları Bakıda keçiriləcək” adlı məqalə dərc olunub.

Azərbaycanın Pakistandakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, məqalədə iyunun 12-28-i aralığında Bakıda düzənlənəcək İlk Avropa Oyunlarından bəhs olunub. Qeyd olunub ki, təşkilatçılığın Bakıya həvalə edilməsinə 2012-ci il dekabrın 12-də Romada baş tutan Avropa Olimpiya komitəsinin iclasında qərar verilib.

Yazıda Azərbaycanın Avropa Oyunlarına hazırlığı qeyd olunub:

“Azərbaycan dövlətinin rəhbərliyi Avropa Oyunlarına ciddi hazırlaşır. Ölkə başçısı İlham Əliyev Oyunları tarixi hadisə adlandırıb. 2013-cü ildə “Bakı-2015”-ə hazırlıq məqsədilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb.

Oyunlara hazırlıq mərhələsində idman infrastrukturu müasirləşdirilib, xeyli yeni arenalar tikilib, möhtəşəm “Olimpiya” stadionu, Su İdmanı Sarayı, Atıcılıq arenası və bir çox başqa idman obyektləri inşa edilib”.

Materialda Avropa Oyunlarının populyarlıq, idmanın inkişafı, iqtisadi tərəqqi baxımından Azərbaycan üçün əhəmiyyəti vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm