Patrik Hikki: “Bu məşəl Oyunların yoluna işıq saçacaq”
Bizi izləyin

Bakı 2015

Patrik Hikki: “Bu məşəl Oyunların yoluna işıq saçacaq”

Aprelin 26-da Bakıda I Avropa Oyunlarının məşəli alovlandırıldı. Əlamətdar hadisədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, onun xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak etmişdi. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başladı. İlk səfər isə Naxçıvan oldu.

Publika.az xəbər verir ki, məşəl artıq Naxçıvandakı “missiya”sını başa vurub. Sabah Lənkərana yol düşəcək məşəl Azərbaycanın cənub bölgəsini işıqlandıracaq. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Məşəl Estafetiylə bağlı belə deyib:

“Bakı 2015 Məşəl Estafeti Avropa idmanı üçün çox həlledici bir məqamdır. Birinci Avropa Oyunlarının alovları son məşəlçi 12 iyun tarixində Açılış Mərasimi üçün Bakı “Olimpiya” stadionuna daxil olanadək Oyunların yoluna işıq saçaraq, Azərbaycanı qarış-qarış dolaşacaq. Məşəl Qədim Yunanıstandan bizlərə çatmış bir rəmzdir. Biz qlobal Olimpiya Hərəkatının güclənməsinə öz töhfəsini verəcək Avropa idman ənənələrini yaratmağa yardım edərkən, Bakı 2015 Məşəl Estafeti bizlərə idman ruhuna olan ehtiramımızı ifadə etməyə imkan yaradacaq. Avropa Olimpiya Komitəsi uzun müddətdir ki, idman, dostluq və birliyin qeyd edilməsi üçün qitə olkələrini bir araya gətirmək arzusundadır. Avropa Olimpiya Hərəkatının vətəni olsa belə, qitənin heç vaxt ozunə məxsus çoxnövlü idman tədbiri olmayıb. Sizlər Bakı 2015 Alovunun Azərbaycanda səyahətinin əsas hissəsi olacaqsınız. Mən sizləri bu səyahətin Bakı 2015-ə gedən yekun hissəsində bizə qoşulmağa və Oyunların gətirəcəyi ruh yüksəkliyini hiss etməyə dəvət edirəm”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm