Azərbaycan gəncləri Avropa Oyunlarının onlayn təşviqat kampaniyasına başlayır
Bizi izləyin

Bakı 2015

Azərbaycan gəncləri Avropa Oyunlarının onlayn təşviqat kampaniyasına başlayır

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Bakı-2015” Avropa Oyunları ərəfəsində “twitter” sosial şəbəkəsində “creatweet” kampaniyasına start verir.

Publika.az xəbər verir ki, #creatweet – ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının “Bakı-2015” Avropa Oyunlarına onlayn təşviqat kampaniyasıdır. Kampaniya çərçivəsində ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları tərəfindən “Bakı 2015” Avropa Oyunlarını dəstəkləyən #haştaqlar yaradılacaq və “tweet”lər paylaşılacaq. Günün trendi olan, yüksək maraq doğuran “tweet”lər yazan iştirakçılar dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Kampaniya çərçivəsində 1-ci yerin qalibi “Bakı-2015” Avropa Oyunlarının açılış mərasiminə bilet və 600 manat, 2-ci yerin qalibi birinci Avropa Oyunlarının açılış mərasiminə bilet və 400 manat, 3-cü yerin qalibi isə hədiyyə paketi və 300 manat pul mükafatı əldə edəcək.

Kampaniyada iştirak onlayn qeydiyyat vasitəsilə həyata keçirilir. Son qeydiyyat tarixi mayın 8-də bitir.

Daha ətraflı məlumatı və qeydiyyat formasını www.creatweet.nayora.az ünvanından əldə etmək mümkündür.

Azərtac

Oxumağa davam et
Reklam
Reklam

Gündəm