Bakı-2015: Türkiyə I Avropa Oyunlarında ən yüksək səviyyədə təmsil olunacaq
Bizi izləyin

Bakı 2015

Bakı-2015: Türkiyə I Avropa Oyunlarında ən yüksək səviyyədə təmsil olunacaq

Türkiyə Bakıda keçiriləcək I Avropa Oyunlarında ən yüksək səviyyədə iştirak edəcək.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Milli Olimpiya Komitəsindən bildiriblər.

Komitənin məlumatına əsasən, I Avropa Oyunlarına Türkiyədən ümumilikdə 184 idmançı qatılacaq.

“Türkiyə ümid edir ki, ölkəni I Avropa Oyunlarında təmsil edən idmançılar yüksək nailiyyətlər əldə edəcək ki, bu da onların 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasına şərait yaradacaq” – deyə komitədən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm