• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakı-2015: İtaliya badmintonçuların adlarını təsdiqlədi

Bakı-2015: İtaliya badmintonçuların adlarını təsdiqlədi

“Bakı-2015” İlk Avropa Oyunlarında “Köhnə qitə”dən 160 badmintonçu mübarizə aparacaq. Yarışlar 5 medal dəsti uğrunda aparılacaq. Kişi və qadın idmançılar əvvəlcə tək və cüt olmaqla ayrılıqda, sonra isə cüt olmaqla qarışıq şəkildə yarışacaqlar.

Publika.az xəbər verir ki, 22-28 iyun tarixlərində Bakı İdman Zalında baş tutacaq yarışlara İtaliyadan qatılacaq üç idmançı da müəyyənləşib.

İtaliya Milli Olimpiya Komitəsi Canini Çikonininin, Rozario Maddaloninin və Covanni Qrekonun ilk Avropa Oyunlarında badminton üzrə yarışlarda bu ölkəni təmsil edəcəyini təsdiqləyib. İdmançılara texniki direktor Arturo Ruiz rəhbərlik edəcək. Onun sözlərinə görə, “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak hüququ əldə etməklə çox önəmli hədəfə nail olunub: “Növbəti hədəfimiz isə bu yarışlarda bütün gücümüzü səfərbər edərək qitə üzrə ən yüksək nəticəni göstərməkdir”.

Azərtac

Xəbər lenti

DAHA ÇOX XƏBƏR