Azərbaycan səfiri Polşa jurnalına Avropa Oyunları ilə bağlı müsahibə verib
Bizi izləyin

Bakı 2015

Azərbaycan səfiri Polşa jurnalına Avropa Oyunları ilə bağlı müsahibə verib

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşa Olimpiya Komitəsi nəzdində nəşr olunan “Olimpiyski” jurnalına Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı müsahibə verib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsahibə jurnalın “Debütdən əvvəl” adı altında nəşr olunan və ilk Avropa Oyunlarına həsr olunan sayında işıq üzü görüb.

Müsahibədə H.Həsənov ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkə üçün əhəmiyyətindən, Azərbaycanın idman tarixindən və nailiyyətlərindən, bu möhtəşəm tədbirə hazırlıq işlərinin aparılmasından və gələcəkdə keçirilməsi nəzərdə tutulan idman yarışları haqqında məlumat verib.

Müsahibənin diplomat bildirib ki, Azərbaycana səfər edəcək hər bir polşalı idmançı, onları müşayiət edəcək şəxslər, azarkeşlər və ümumiyyətlə, Azərbaycanla maraqlanan hər bir şəxs səmimi və qonaqpərvər münasibətlə qarşılaşacaq.

Qeyd edək ki, “Olimpiyski” jurnalının Avropa Oyunlarına həsr olunmuş “Debütdən əvvəl” adlı buraxılışı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin 21-24 aprel tarixlərində Polşaya səfəri zamanı keçirilən “İlk Avropa Oyunları” tədbiri çərçivəsində təqdim edilib. Jurnal 4000 nüsxədə nəşr edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm