“Hello Baku”: Avropa Oyunlarına maraq gündən-günə artır - FOTOLAR
Bizi izləyin

Bakı 2015

“Hello Baku”: Avropa Oyunlarına maraq gündən-günə artır - FOTOLAR

İyunun 12-də Bakıda start götürəcək ilk Avropa Oyunlarına maraq gündən-günə artır.

Publika.az xəbər verir ki, Qərbin bir sıra dövlətlərində ilk qitə oyunlarının təşkili, habelə keçirilməsi işləri diqqət mərkəzindədir. Artıq Portuqaliya, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və digər ölkələrin sakinləri bu mötəbər yarışda azarkeş kimi iştirak edəcəklərini bildirirlər.

Bir sıra ölkələrin vətəndaşları isə respublikamızın paytaxtı Bakı ilə daha geniş maraqlanmağa başlayıblar. Hətta onlardan bloqqer kimi fəaliyyət göstərən bəziləri öz bloqlarında Bakını salamlayaraq tezliklə şəhərimizdə olacaqların da bildirilər. Bütün bunlar Qərb dövlətlərinin ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarına diqqətinin bariz nümunəsidir. İlk Avropa Oyunlarına marağın gündən-günə artması sosial şəbəkələrdə də açıq-aydın hiss olunur. Xüsusən “facebook” sosial şəbəkəsində yaradılmış səhifələr buna əyani sübutdur.

Yeri gəlmişkən, onu da əlavə edək ki, ölkəmizdə də bununla bağlı xüsusi səhifələr fəaliyyətə başlayıb və qısa müddət keçməsinə baxmayaraq, onların minlərlə izləyicisi var.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm