• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xalq şairi hamını Avropa Oyunlarında iştiraka çağırıb

Xalq şairi hamını Avropa Oyunlarında iştiraka çağırıb

Xalq şairi Nəriman Həsənzadə Azərbaycanda keçiriləcək Avropa Oyunlarının əhəmiyyətindən danışıb.

Publika.az-a açıqlama verən şair bu möhtəşəm tədbirin uzun müddət yaddaşlardan silinməyəcəyini bildirib: “Avropa Oyunlarını Azərbaycan tarixində bir mərhələ sayıram. Dünya tarixində ilk möhtəşəm beynəlxalq tədbirdir ki, məhz Azərbaycanda keçirilir. Dünyanın 50 ölkəsindən nümayəndələr Bakıya gələcəklər. Bütün dünyanın nəzərləri iyun ayında Azərbaycana dikiləcək. Dünyanın nüfuzlu mətbuatı ölkəmizdən yazacaq. Bu tədbir Azərbaycanın mənəvi yüksəlişinə, tərəqqisinə və perspektivinə xidmət edəcək. Azərbaycanın qapılarını əcnəbi qonaqların üzünə açması bir daha onu sübut edəcək ki, bəli, Azərbaycan xalqı sülhsevər, qonaqpərvər bir xalqdır. Dövlətimizin adının güclü dövlətlərlə bir sırada çəkilməsi eyni zamanda müsbət imicimiz deməkdir. Avropa Oyunları Azərbaycan üçün bir fürsətdir”.

Xalq şairi hər kəsi Avropa Oyunlarında iştirak etməyə çağırıb: “Mənim ailə üzvlərim də bu möhtəşəm tədbirdə iştirak edəcək. Hər kəsə arzulayıram ki, bu fürsəti qaçırmasınlar”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR