Bakı 2015: İspaniyaya 4 badmintonçu kifayətdir
Bizi izləyin

Bakı 2015

Bakı 2015: İspaniyaya 4 badmintonçu kifayətdir

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının badminton yarışlarında iştirak edəcək İspaniya millisinin heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, iyunun 22-də start götürəcək badminton yarışlarında 4 idmançı ilə təmsil olunacaq ispanlar Bakıya iyunun 19-da gələcəklər.

Kişilərin şəxsi yarışında bu ölkəni Pablo Abian təmsil edəcək. Üçqat İspaniya çempionu olan 30 yaşlı idmançı 2008-ci il Pekin və 2012-ci il London olimpiadalarının iştirakçısı olub.

Qadınların şəxsi yarışında isə İspaniyanı 17 yaşlı Klara Azurmendi təmsil edəcək. O, İspaniya badmintonunun perspektivli idmançısıdır.

Qadınlar arasında cütlüklərin yarışında isə İspaniyadan Haide Oxeda - Laura Molina cütlüyü mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm