Məşəl Lerikdə alovlandırıldı – Növbədə Astaradır – FOTOLAR
Bizi izləyin

Bakı 2015

Məşəl Lerikdə alovlandırıldı – Növbədə Astaradır – FOTOLAR

Birinci Avropa Oyunlarının məşəli Lənkərandan sonra bu gün Lerikə gətirilib.

Publika.az xəbər verir ki, Lerik şəhərinin giriş qapısında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Avropa Oyunlarının rəmzi qapısında lerikli idmançı Rafiq Əliyev məşəli qəbul edib.

Sonra 10 məşəlçi yürüşə başlayıb. İdmançılar məşəli növbə ilə bir-birinə ötürərək rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Nəriman Nərimanov küçəsi boyunca hərəkət etməklə mərkəzi meydana - Heydər Əliyev Meydanına çatdırıblar.

Azərbaycanın Fəxri bədən tərbiyəsi və idman işçisi İlham Zülfiyev məşəli Heydər Əliyev Meydanında qurulmuş səhnəyə qaldırıb.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verilib. İ.Zülfiyev səhnədə məşəli alovlandırıb.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Yürüş iştirakçıları, həmçinin Lerik şəhərindəki Uzunömürlülər Muzeyində nümayiş etdirilən eksponatlarla və Bilnə kəndində arıçılıq təsərrüfatı ilə də tanış olublar.

Birinci Avropa Oyunlarının məşəli Lerikdən sonra Astaraya yola salınıb.

Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm