Bakı-2015-in ilk şanslı qalibi
Bizi izləyin

Bakı 2015

Bakı-2015-in ilk şanslı qalibi

Bakı-2015 və rəsmi tərəfdaşı Azərbaycan Hava Yolları (AZAL) Ofeliya Abdullayevanın Avropa Oyunlarının ilk şanslı qalibi olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bilet nömrəsi püşkatma ilə seçilən xanım AZAL tərəfindən Nyu-York şəhərinə iki nəfərlik biznesklas, gediş-gəliş bileti və 1500 manat pul mükafatı qazanıb.

Bakı-2015-in şanslı qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi xüsusi hədiyyələrlə həyata keçirilir. Növbəti qaliblər P&G-dan illik məhsul tədarükü, Nar Mobile-dan ömürlük danışıq paketi və Tissotun xüsusi hazırladığı, kişi və qadın saatlarını əldə edəcəklər. Bütün mükafatlara Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki yerlik bilet də daxildi.

Abdullayeva sevincini bölüşərək bildirib ki, bu hədiyyə onun arzusu olub: “Nyu-Yorka səyahət etmək imkanı insana həyatda bir dəfə verilən şans kimidir. Lakin bundan öncə, bizi Avropa Oyunları və mərasimləri gözləyir. Mən, AZAL və Bakı-2015-ə təşəkkürümü bildirirəm".

AZAL-ın prezidenti Cahangir Əsgərov I Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaqdan və açılış mərasimindən də əvvəl buna töhfə verməkdən məmnunluğunu açıqlayıb: “Biz qalibin Nyu-York şəhərinə səyahətdən və Bakı-2015 mərasimlərində iştirakdan məmnun qalaraq, Azərbaycan üçün bu tarixi anın əhəmiyyətini daha da artıracağına əminik”.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq şanslı qalib kampaniyasının yüksək qiymətləndirib. O, bildirib ki, bu təbliğat, Bakı-2015 möcüzəsini Oyunlar başlamazdan əvvəl tamaşaçılara çatdırır: “Biz Azərbaycan Hava Yollarına bu ilk tədbirə ictimaiyyətin cəlb olunması üçün göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm