Avropa Oyunlarının yayımı ilə bağlı yeni müqavilələr imzalandı
Bizi izləyin

Bakı 2015

Avropa Oyunlarının yayımı ilə bağlı yeni müqavilələr imzalandı

Bakı 2015 bu yay 12-28 iyun tarixlərində keçiriləcək birinci Avropa Oyunlarının Avropa və Mərkəzi Asiyada nümayişini təmin edəcək sazişlərə imza atıb.

Publika.az xəbər verir ki, aşağıda adları çəkilən kanallarla bu yaxınlarda sazişlər bağlanıb:

  • NOS – Hollandiyanın Olimpiya Oyunlarını yayımlamaq hüququna malik olan və ödənişsiz ictimai yayım şirkəti
  • “DIGISport” kanalı ilə birlikdə Çexiya televiziyası da Çex Respublikasındakı milyonlarla izləyici üçün Avropa Oyunlarının hər gün geniş şəkildə yayımını həyata keçirəcək.
  • TV6 – BAOƏK, Avropa Oyunlarının TV6 kanalında ödənişsiz yayımlanması üçün Bakı 2015 Modern Times Group-un bir hissəsi olan TV6 kanalına lisenziya vermək barədə Litva Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq edir.
  • ORF – Avstriyanın ictimai yayım şirkəti Oyunların eksklüziv yayım hüququna malikdir və ORF Sport Plus kanalı vasitəsilə hər gün Oyunların əsas məqamlarından ibarət 60 dəqiqəlik veriliş təqdim edəcək.
  • Setanta Sports Eurasia – Türkmənistanda və Özbəkistanda müstəsna televiziya hüquqları əldə etmişdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dünyaca Londonda məşhur “Dorchester” otelində Bakı 2015 Avropa Oyunlarının şərəfinə keçirilmiş və Azərbaycanın Birləşmiş Krallıqdakı səfirinin bu həftənin əvvəlində ev sahibliyi etdiyi möhtəşəm gecədə yuxarıda adı çəkilən altı yeni yayım tərəfdaşları ilə imzalanmış sazişlərdən əlavə, Oyunları televiziya vasitəsilə izləyəcək auditoriyanın miqyası barədə də qısa məlumat verib.

Cənab Kleq söyləyib: “Son bağlanmış televiziya sazişləri, bu yay Bakıda gerçəkləşdiriləcək Bakı 2015 Avropa Oyunlarına Avropada və onun hüdudlarından kənarda göstərilən marağı əks etdirir. Avropa üzrə bağladığımız yayım sazişləri, Avropanın 32 ölkəsində Oyunları cəmi 75 faiz olmaqla, 225 milyondan çox ailənin izləyə biləcəyi anlamına gəlir. Dünyanın müxtəlif telekanalları ilə bağladığımız sazişlər, ilk Avropa Oyunlarının həqiqətən beynəlxalq tamaşaçı kütləsi tərəfindən seyr ediləcəyinə zəmanət verir.”

Bakı 2015 tərəfindən bağlanmış bu son sazişlər sayəsində yarışlar Avropanın bütün guşələrində və bütün dünyada yayımlanacaq. Birləşmiş Ştatlar, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Latın Amerikası və Ərəb Dünyası, Şimali Afrika ilə sazişlər imzalanıb.

Hollandiya Milli Olimpiya Komitəsinin prezidenti cənab Andre Bolhis dedi: “NOS-un Birinci Avropa Oyunlarını yayımlacağı və Bakıda mübarizə aparan idmançılarımızı dəstəkləyə biləcəyimiz xəbəri Holland idmanı üçün möhtəşəm xəbərdir. Hollandlar idmanı sevirlər və Bakı 2015 Avropa Oyunları zamanı NOS-un həyata keçirdiyi yayım vasitəsilə izləyicilərin mübarizəyə qoşulan idmançılarımızı dəstəkləyəcəyinə əminəm. Digər tərəfdən, 2019-cu ildə növbəti Avropa Oyunlarına ev sahibliyi etmək istədiyimizi nəzərə alsaq, xalqımızın Oyunlarla tanışlığı bizim üçün önəmli məsələlərdəndir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm