• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məşəl Yardımlıya aparıldı - FOTO

Məşəl Yardımlıya aparıldı - FOTO

Birinci Avropa Oyunlarının məşəli mayın 1-də günün ikinci yarısında Lerik rayonundan sonra Astaraya gətirilib.

AzərTac xəbər verir ki, Astara şəhərindəki Bayraq Meydanında məşəlin qarşılanma mərasimi olub.

Avropa Oyunlarının rəmzi qapısında astaralı idmançı İlham Sadıqzadə Avropa Oyunlarının məşəlini qəbul edib.

Bayraq Meydanından 10 məşəlçi 4 kilometr metr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə, Xəzər dənizi sahilində yeni salınmış park-bulvar kompleksinə gəliblər.

Atletika üzrə Avropa turnirinin qalibi, bir neçə dəfə Azərbaycan çempionu olmuş Fikrət Qafarov məşəli fəvvarə meydanında qurulmuş səhnəyə qaldırdı. F.Qafarov birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Meydana toplaşanların sürəkli alqışları altında Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün rayonun 15 yaşlı idmançısı Sənan Rzayevə təqdim olunub.

Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Astaradan Yardımlı rayonuna yola salınıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR