• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Avropa Oyunları haqq səsimizin dünyada eşidilməsi baxımından mühümdür”

“Avropa Oyunları haqq səsimizin dünyada eşidilməsi baxımından mühümdür”

“I Avropa Oyunlarının Bakıda keçirilməsinin siyasi əhəmiyyəti böyükdür. Xüsusilə, ölkəmizin sabitlik adası olduğunu avropalılar öz gözləri ilə görə biləcəklər”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fuad Muradov deyib. Onun sözlərinə görə, bu oyunların önəmi olduqca böyükdür:

“Dünyanın tanınmış idmançıları Azərbaycanda olacaq. Bu oyunlar dünyanın məşhur idman telekanallarında, veriliş və nəşrlərində yayımlanacaq. Təbii ki, hər bir yayımdan Azərbaycanın adı keçəcək. İdman icması dünyanın ən aktiv təbəqəsidir. Bura təkcə idmançılar yox, azarkeşlər də aiddir və demək olar ki, əksər insan idmanla maraqlanır. Deməli, Azərbaycan dünyanın böyük bir hissəsi tərəfindən tanınacaq. Azərbaycan bu gün doğru yolla irəliləyir. Ölkəmiz regionda stabil, nümunəvi dövlətə çevrilir. Son illər ən mühüm tədbirlər Azərbaycanda keçirilir və Bakı regionun mərkəzi halına gəlir. Bütün bu müsbət addımları görüb qəbul etməyənlər, çoxlu sayda düşmənlərimiz də var. Onlar Azərbaycanın inkişafını, güclənməsini, müstəqil siyasət aparmasını bəyənmirlər. Çalışırlar ki, müstəqilliyimizə xələl gəlsin. Bu məqsədlə də fəaliyyət göstərirlər. Ancaq yarışlar zamanı onlar Azərbaycanın dünyada siyasi çəkisinin artdığını görəcəklər. Çünki Azərbaycan üzərinə götürən öhdəlikləri yerinə yetirir, əməkdaşlığı təbliğ edir. Belə böyük tədbirlərin məhz bizim ölkəmizdə keçirilməsi çox müsbət haldır və Azərbaycanın pozitiv imicinə yaxşı təsir göstərir”.

F. Muradov hesab edir ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi Qarabağ həqiqətlərinin təbliği üçün də mühümdür.

“Qonaqlara Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən yaranan problemlər göstəriləcək. İndiyə qədər bizə qarşı edilən təcavüz siyasəti çatdırılacaq. Bu isə Azərbaycanın haqq səsinin dünyada eşidilməsi baxımından mühümdür”, - deyə o bildirib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR