• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Məşəl bu gün Salyan və Neftçalada qarşılanacaq

Məşəl bu gün Salyan və Neftçalada qarşılanacaq

Bakı 2015 alovunun səyahəti davam edir. Məşəlin növbəti dayanacağı Salyan olacaq.

Publika.az xəbər verir ki, bu gün saat 12:00-da Salyanda məşəl estafeti olacaq. 1 saat sonra Heydər Əliyev parkında qarşılama mərasimi təşkil olunacaq. Tədbir saat 13:30-da yekunlaşacaq.

«Cənub qapısı» sayılan Salyanın 132000 nəfər əhalisi var. Bu subtropik ərazi quru və səhra iqliminə malikdir. Salyan görkəmli yazıçı, filosof, rəssam, həkim və Azərbaycanın çağdaş bayrağının banisi Əli bəy Hüseynzadənin (1864–1940) vətənidir.

Salyandan sonra məşəl estafeti qara kürünün və nərə balığının məskəni sayılan Neftçalada davam edəcək. Saat 16:00-da bu torpağa qədəm qoyacaq məşəlin qarşılanma mərasimi saat 17:00-da Bayraq meydanında baş tutacaq. 17:30-da tədbir yekunlaşacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR