
İsveç Olimpiya Komitəsi (SOC) iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarında iştirak edəcək idmançılarının siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, İsveç yığmasında 74 idmançı çıxış edəcək.
SOC-nin məlumatında qeyd edilir ki, İsveç idmançıları 15 idman növü üzrə yarışlarda iştirak edəcəklər.
İsveç Olimpiya Komitəsinin meneceri Piter Reinbero deyib: “İsveçin dünya reytinqlərində yaxşı nəticələri və inkişafda olan gəncləri var. Odur ki, biz bu Oyunlara böyük ümid bəsləyirik. Əminik ki, Oyunlar yüksək səviyyədə təşkil olunacaq”.