Bakı 2015
Triatlon Azərbaycan üçün yeni idman növüdür
“Triatlon Azərbaycan üçün yeni, lakin inkişaf edən idman növüdür”
Publika.az xəbər verir ki, bu sözləri “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs Okallaqan deyib.
O bildirib ki, ilk Avropa Oyunları ərəfəsində Bakıda test yarışının təşkil olunması bizi maraqlandıran bütün məsələlərə dair hazırlığı yoxlamağa, sınaqdan keçirməyə şərait yaratdı. Təchizat və logistikadan tutmuş nəqliyyata və tibbi yardımadək bütün məsələlərə dair hazırlığın plana uyğun aparıldığını qətiyyətlə qeyd edə bilərəm. Bilgəh çimərliyində yarışın keçirilməsi üçün gözəl şərait yaradılıb və Bakı 2015-in ən diqqətçəkən yarışlarından birinin triatlon olacağına əminəm.
Bakı 2015 İlk Avropa Oyunlarının triatlon yarışları iyunun 13-14-də Bilgəh çimərliyində təşkil olunacaq. Yarışda 65-i kişi və eyni sayda qadın olmaqla, ümumilikdə 130 idmançı mübarizə aparacaq. Qaliblər birinci Avropa Oyunlarının çempionu adını qazanmaqla yanaşı Rio 2016 Olimpiya Oyunlarında iştirakı təmin edəcəklər.
Azərtac
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO