Fransanı I Avropa Oyunlarında idman naziri təmsil edəcək
Bizi izləyin

Bakı 2015

Fransanı I Avropa Oyunlarında idman naziri təmsil edəcək

Fransanın şəhərsalma, gənclər və idman naziri Patrik Kanne I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək.

Bu barədə "Report"a Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.

O qeyd edib ki, Bakıda keçiriləcək I Avropa oyunlarında 400-ə yaxın fransız idmançının iştirak edəcəyi planlaşdırılır. Fransalı idmançılar əksər idman növlərində təmsil olunacaq.

Xatırladaq ki, "Bakı-2015" I Avropa oyunları iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək. Oyunlarda 49 ölkədən 6000-ə yaxın idmançı iştirak edəcək və 20 idman növündə mübarizə aparacaq. Yarışlar Bakıda və Mingəçevirdə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm