• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“I Avropa Oyunlarında bayrağımızı qaldırmaq istəyirik”

“I Avropa Oyunlarında bayrağımızı qaldırmaq istəyirik”

Azərbaycanın basketbol üzrə milli komandasının baş məşqçisi Elxan Əliyev I Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüb. Publika.az-a danışan mütəxəssis bu cür mötəbər turnirdən “Basketbol 3X3” millimizin üzüağ çıxacağına inandığını deyib:

“2013-cü ildə I Avropa Oyunlarının Bakıda keçiriləcəyini bilən gündən hazırlıqlarımıza başladıq. Həmin il ilk dəfə bu məqsədlə Kiyevdə 3x3 basketbol növü üzrə çıxış etdik. Orada 8 komanda arasında yarımfinal mərhələsinə qədər yüksəldik. Yarımfinalda 1 xal fərqi ilə Rusiyaya uduzduq.

Yenə məşqlərimizi davam etdiririk. Düşünürəm ki, Bakıda keçiriləcək Oyunlardan sonra basketbol 3x3 yarışının Olimpiya proqramına salınmasına qərar verilə bilər. Bu turnirdə hər iki - həm kişi, həm də qadın komandasıyla təmsil olunacağıq. İnanıram ki, qadın komandamız da uğurla çıxış edəcək. Qadın yığmamızın heyətində 2 amerikalı basketbolçu olacaq. Əlbəttə ki, komanda üzvlərində qələbə əzmi, medal istəyi görürəm”.

E.Əliyev himnimizi səsləndirmək istədiklərini də söyləyib:

“Doğma divarlar arasında keçirilən I Avropa Oyunlarında bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək istəyirik. Ancaq hansı yeri tutacağımızı dəqiq deyə bilmərəm. Təbii ki, birincilik üçün çalışacağıq. Düşünürəm ki, idmançılar özləri bunu yaxşı anlayırlar. Bir sözlə, meydanda mübarizə aparan idmançılardan çox şey asılıdır”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR